Millimiz Macarıstana qalib gəldi
Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi növbəti sınağına çıxıb.
Yığma bu dəfəki rəqibi ev sahibi Macarıstan olub. Hər iki komanda ilk iki turda bənzər nəticələr əldə etdiyindən, qarşılaşmaya ikiqat maraq var idi.
Milli Xorvatiyaya qalib gəlib, Hollandiyaya yenilmişdisə, macarlar Estoniyanı üstələyib, Rumıniyaya uduzmuşdu.
Covanni Kapraranın yetirmələri qrupda ilk "4-lüy"ə düşmək üçün bu gün mütləq qalib gəlməliydi. Milli bu vəzifənin öhdəsindən inamlı qələbə ilə gəlib.
C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlməklə (3:0) birinci pillədəki mövqelərini gücləndiriblər.
C qrupu, III tur
Macarıstan – Azərbaycan - 0:3 (21:25, 15:25, 22:25)
Budapeşt. Lasso Pappa adına İdman Arenası.
Oxşar xəbərlər
Millimiz Macarıstanla üz-üzə - YENİLƏNİR
Hollandiya qarşısında tab gətirmədik
Avropa çempionatına qələbə ilə başladıq
Millimiz Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycan millisi Sloveniyanı məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası