reklam
Qarabağ - Linfield matçına neçə bilet satıldı?
Sportfm.az xəbər saytı

Qarabağ - Linfield matçına neçə bilet satıldı?


Qarabağ-ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Şimali İrlandiyanın Linfield komandasına qarşı keçirəcəyi oyun üçün bilet satışı davam edir.

Sportfm.az xəbər verir ki, hələlik 13 min bilet satılıb. Oyun üçün ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, bu gün 31200 nəfər azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Linfield 3:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Qarabağ" - APOEL matçına 25 min bilet satıldı
"Qarabağ" - "Sevilya" matçının biletləri tükənmək üzrədir
"Qarabağ" - "Linfild" oyununun biletləri satışa çıxarıldı
“Qarabağ" - APOEL oyunu üçün biletlərin yarısı satıldı
"Qarabağ" - APOEL matçına 10 minə yaxın bilet satıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər