reklam
Yığmamız Avropa Çempionatının 1/8 final mərhələsinə yüksəldi
Sportfm.az xəbər saytı

Yığmamız Avropa Çempionatının 1/8 final mərhələsinə yüksəldi


Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisi bu gün 5-ci - sonuncu görüşünə çıxıb. C qrupunda yer alan yığmamız Rumıniya ilə qarşılaşıb. 
Qrupun digər oyununda isə ev sahibi Macarıstanla lider Hollandiya üz-üzə gəlib. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Covanni Kapraranın komandası qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillə başa vurub. Yığmamız 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq. Rəqib, komandaların bu gün öz aralarında keçirdikləri görüşdən sonra bəlli olacaq.

Qeyd edək ki, çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

29 avqust

17:30. Rumıniya - Azərbaycan - 0:3 (15:25, 14:25, 21:25)

Oxşar xəbərlər

Yığmamız qrup sonuncusu oldu - Qızıl Avropa Liqası
Estoniya millimiz önündə gücsüz qaldı - FOTO
Millimiz Macarıstanla üz-üzə - YENİLƏNİR
Millimiz Hollandiya yığması ilə qarşılaşacaq
Millimiz Avropa çempionatında mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər