reklam
“Barselona” Neymardan imtina etdi
Sportfm.az xəbər saytı

“Barselona” Neymardan imtina etdi


"Barselona" PSJ-nin hücumçusu Neymarın transferindən imtina edib.

Sportfm.az xəbər verir ki, "Globo Esporte"nun iddiasına görə, tərəflər arasında avqustun 29-da keçirilən danışıqlarda razılıq əldə olunmayıb. Kataloniya klubu PSJ-yə 130 milyon avro, həmçinin 3 futbolçusunu - Jan-Klera Todibo (icarə), İvan Rakitiç və Usman Dembeleni (daimi əsasda) təklif edib. PSJ-ni hər üç oyunçu qane etsə də, parislilər "Barselona"dan daha çox pul istəyib. Bu şərti isə "Barselona" qəbu etməyib. Nəticədə danışıqları yekunlaşdırmaq qərarı verilib.

Mənbə bildirir ki, "Real" da hazırda Neymara görə danışıqlar aparmır.

Əlavə edək ki, sentyabrın 2-də Avropada transfer pəncərəsi bağlanır.

 

Oxşar xəbərlər

Transferdən vaz keçdilər - Neymar lazım olmadı
“Barselona” Neymar üçün yeni təklif göndərdi
PSJ Neymarı "Barselona"ya verməkdən imtina etdi
Neymar elə bir təklifi rədd etdiki...
"Barselona" müdafiəçi transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər