reklam
Rauf Əliyev milli komandanın üzvləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

Rauf Əliyev milli komandanın üzvləri ilə görüşdü -FOTO


AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, Rauf Əliyev milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
AFFA-nın Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Oxşar xəbərlər

AFFA prezidenti millinin üzvləri ilə görüşdü
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü - FOTO
AFFA prezidenti milli komanda ilə görüşdü - FOTO
Qurban Qurbanov millinin üzvləri ilə görüşdü - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər