reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin potensial rəqibləri də müəyyənləşdi


UEFA Gənclər Liqasının Çempionlar yolunda püşkatma mərasimi keçirilib. 

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi müəyyənləşib.

AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olan "qırmızı-qaralar"ın ilk raunddakı rəqibi Kipr təmsilçisi APOEL olub. 

"Qəbələ" mərhələ adlasa, növbəti raundda "Real Saraqosa" (İspaniya) - "Korona" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. 

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda baş tutacaq. “Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.

Oxşar xəbərlər

UEFA "Qəbələ"ni mükafatlandırdı
UEFA Gənclər Liqasında "Qəbələ"nin rəqibləri müəyyənləşəcək
"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri müəyyənləşdi
"Qəbələ"nin rəqibləri müəyyənləşir
"Qəbələ" "Çelsi"nin rəqibi ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər