reklam
Sportfm.az xəbər saytı

"Çelsi"nin sabiq futbolçusu APOEL-in məşqçisi oldu


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr APOEL-ində məşqçi təyinatı gerçəkləşib.

Sportfm.az xəbər verir ki, Nikosiya təmsilçisinin sabiq futbolçusu Nunu Moraiş Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. 35 yaşlı keçmiş müdafiəçi ilə 2021-ci ilin mayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Nunu Moraiş futbolçu karyerası ərzində Portuqaliyanın "Maritimu" və İngiltərənin "Çelsi" klublarında da çıxış edib. O, 2007 - 2019-cu illərdə Kipr təmsilçisinin formasını geyinib. "Qarabağ" qrup mərhələsində APOEL-lə ilk matçını oktyabrın 24-də evdə, növbəti görüşü isə noyabrın 7-də Nikosiyada keçirəcək. 

Oxşar xəbərlər

"Qarabağ" Kiprdə APOEL-lə qarşılaşacaq
“Qarabağ” - APOEL: mətbuat konfransı
“Qarabağ”ın rəqibi Superkubokun qalibi oldu
UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi
APOEL "Qarabağ"la oyunlar üçün 21 futbolçu sifariş verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər