reklam
Nurməhəmmədov Porye ilə döyüşədən 6 milyon alacaq
Sportfm.az xəbər saytı

Nurməhəmmədov Porye ilə döyüşədən 6 milyon alacaq


Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə döyüşə görə 6 milyon dollardan çox pul qazanacaq.

Sportfm.az xəbər verir ki, bu barədə idmançının məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov deyib.

Həbib Nurməhəmmədov bundan öncə irlandiyalı Konor Makqreqorla döyüşə görə baza qonorarı qismində 2 milyon dollar almışdı.

“İki milyon dollar bizim üçün çox azdır, çünki hazırda daha yaxşıyıq. Biz ən yaxşıları məğlub etmişik və ən yaxşılarla yenə də döyüşməyə hazırıq. Populyar olduğumuzu bilirik. Zala daxil olanda görəcəksiniz Poryeni necə qarşılayırlar, Həbibi necə”, - deyə çempionun atası bildirib.

Dağıstanlı döyüş ustası 2018-ci ilin aprelində amerikalı El Yakvinta ilə mübarizədə çempionluq kəmərini qazanıb və həmin ilin oktyabrında irlandiyalı Konor Makqreqorla uğurlu döyüş keçirərək bu adı qoruyub. Ümumilikdə isə 30 yaşlı Nurməhəmmədov indiyədək 27 qələbə qazanıb və bir dəfə də olsun məğlubiyyətə uğramayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində baş tutacaq.

Oxşar xəbərlər

Nurməhəmmədov Makqreqorla döyüş barədə qərar qəbul etdi
Nurməhəmmədov növbəti qələbəsini qazandı
Nurməhəmmədov Makqreqorla döyüşmək istəmir
Həbibin Makqreqorla revanş döyüşünün şərti açıqlandı
Həbib - Makqreqor döyüşündə yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər