Millinin baş məşqçisi istefa verdi
Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
Sportfm.az xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.
Yığmamızın sabiq çalışdırıcısı İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Mən milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.
Qeyd edək ki, 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olan Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı. Onun komandası Avro-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Superliqa klubunda ayrılıq - Prosineçki istefa verdi
Robert Prosineçki Bosniya və Herseqovina millisindən getdi! - hara gedəcək?
Robert Prosineçki istefa verəcək
Prosineçkinin istefası qəbul olunmadı
İrəvan Prosineçki üçün uğursuz oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Orhus": START HEYƏTLƏR MƏLUMDUR
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
"Orhus" Bakıdan məğlub ayrılır - Çempionlar Liqası
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
Birinci Liqanın oyunları Goranboyda keçirilə bilər














Misli Premyer Liqası