"Böyük döyüşkənliklə bütün ölkəni xoşbəxt etdik" -Dmitri Nazarov
Azərbaycan millisinin və Almaniyanın "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov tag24.de saytına danışıb.
Sportfm.az xəbər verir ki, milliləşdirilmiş futbolçu AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışıb:
"Böyük döyüşkənliklə bütün ölkəni xoşbəxt etdik. Pozitiv hissləri klubuma da gətirdim. Uels və Xorvatiyaya qarşı demək olar, sonadək oynadım. Vacib oyunlara çıxdım, özümü yaxşı hiss edirəm".
29 yaşlı futbolçu sentyabrın 15-i II Bundesliqanın VI turunda evdə "Osnabrük"lə keçiriləcək matçda meydana çıxmaq istədiyini söyləyib:
"Özümü komandada xoşbəxt hiss edirəm. Mənə meydanda sərbəstlik verilib. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı çıxış etmişəm. Məncə, Şuster oyun keyfiyyətlərimə bələddir".
Oxşar xəbərlər
"Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar" - Qaret Beyl
"Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov
Əmrə Can: "Yuventus"da xoşbəxt deyiləm"
Qaret Beyl yığmamızın üzvlərindən kimin formasını istədi?
"Müxtəlif təkliflərim var" - Dmitri Nazarov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
“Qarabağ” və “Neftçi”mükafatlandırdı - 1000-ci oyun
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək














Misli Premyer Liqası