reklam
Güləşçimiz dünya çempionatında finala çıxdı
Sportfm.az xəbər saytı

Güləşçimiz dünya çempionatında finala çıxdı


Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

Sportfm.az xəbər verir ki, 82 kq çəkidə yer alan Hüseynovun rəqibi iranlı Said Morad Abdval olub.

Görüşün əvvəlində Hüseynov 2:0 hesabı ilə önə çıxıb. Fasiləyədək fərq daha da artıb - 3:1. Lakin ikinci hissənin əvvəlində Abdval 4 xallıq fəndlə üstünlüyü ələ alıb.

Hissənin sonlarında Hüseynov 4 xallıq fərqlə qələbəyə nail olub - 8:5. O, finalda gürcüstanlı Laşa Qobadze ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Bir güləşçimiz finalda, digəri uduzdu - Dünya çempionatı
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Rafiq Hüseynov dünya çempionu oldu
Güləşçimiz dünya çempionu ola bilmədi - Hüseynov finalda uduzdu
İdmançımız dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər