“Sabah” Elşad Əhmədovun görəvinə son verdi -RƏSMİ
"Sabah" klubunun baş məşqçi postunda dəyişiklik edilib.
Sportfm.az xəbər verir ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.
Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah"ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək.
İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.
Oxşar xəbərlər
"Sabah"da yeni təyinatlar
SON DƏQİQƏ: "Neftçi" Roberto Bordinlə yolları ayırdı
“Neftçi” rəhbərliyi Bordinə irad bildirdi
İqor Ponomaryov "Sabah"ın baş məşqçisi təyin olundu
"Sabah"a əcnəbi məşqçi cəlb olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Zəngəzur” ilk matçda biabırçı hesabla uduzdu - UEFA Regionlar Kuboku
-
"Turan" növbəti 3 xalı aktivinə yazdırdı
-
Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejiminə keçəcək
-
"Qalatasaray" büdrəmədi - Super Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları -TV AFİŞA
-
Nazir Qazaxda yeni yaradılan güləş zalına baş çəkdi














Misli Premyer Liqası