“Rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu” -Vüqar Məmməd
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Belarus yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdü. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik. Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik”.
Oxşar xəbərlər
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Futbolçuların oyun praktikası yoxdur" - Vüqar Məmməd
"Çatışmayan cəhətlərimizi üzə çıxardıq" - Vüqar Məmməd
"Bizə belə sürətli oyunlar lazımdır" - Vüqar Məmməd
Millimizin baş məşqçisi: "Müəyyən işlərimiz qalıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası