reklam
Həbsdən çıxan futbolçu İstanbul klubunda peyda ola bilər!
Sportfm.az xəbər saytı

Həbsdən çıxan futbolçu İstanbul klubunda peyda ola bilər!


İki nəfəri döyməkdə ittiham olunaraq həbs edilən Pavel Mamayev və Aleksandr Kokorin şərti azadlığa çıxıb. Hər ikisinin karyerasını davam etdirəcəyi gözlənilir.

 

Sportfm.az xəbər verir ki, “Qalatasaray” dünən həbsdən çıxan Mamayevi transfer etmək fikrinə düşüb. “Krasnodar”ın düşərgəsinə qayıdan yarımmüdafiəçi beləcə ilk dəfə legioner həyatı yaşamaq şansı qazanıb.

Mamayev əvvəllər “Torpedo” və SSKA-da oynayıb. Rusiya milli komandasında 15 oyun keçirib.

Dünən həbsdən çıxan Pavelin sentyabrın 17-də həm də ad günü idi. Yarımmüdafiəçinin 31 yaşı tamam olub. Pavel Roma rəqəmi ilə bədəninə 17 yazdırıb. İngiliscə tatuda isə belə yazılıb: “Keçmişi unut. Gələcək haqqında düşünmə. İndiki zamanla yaşa”.

Oxşar xəbərlər

Millinin üzvləri azadlığa buraxıldı
Kokorin və Mamayev azadlığa buraxıldı - FOTO
Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi
Rusiya millisinin futbolçuları həbs olundu - FOTO
Modriç 1 milyon avroya həbsdən qurtuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər