reklam
Regionlarda keçirilən cüdo yarışları bu növə marağı artırıb
Sportfm.az xəbər saytı

Regionlarda keçirilən cüdo yarışları bu növə marağı artırıb


Azərbaycan Cüdo Federasiyasının qarşısında duran mühüm vəzifələrdən biri də respublikamızın bütün bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparmaqdır. Federasiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. Sportfm.az Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilin sonuna kimi regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə artıq Şəmkirdə "Qərb bölgəsi" və Bərdə rayonunda "Aran bölgəsi" yarışları keçirilib. Hər iki yarışda ümumilikdə 400-ə yaxın yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Turnirdə qalib gəlmiş cüdoçulara federasiyanın diplom və hədiyyələri təqdim olunub. Azərbaycan Cüdo Federasiyanın göstərdiyi bu təşəbbüs regionlarda böyük maraqla qarşılanıb. Növbəti həftə isə Zaqatalada "Şimal - qərb bölgəsi", Qəbələdə "Şimal bölgəsi" yarışları keçiriləcək. Region yarışlarının qalibləri respublika birinciliklərində mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Xaçmazda "Federasiya kuboku" uğrunda cüdo yarışı keçirildi
Azərbaycan Cüdo Federasiyasının yeni cüdo zalları fəaliyyətə başlayıb
Cüdo mütəxəssisləri “Cənub bölgəsi”ni necə qiymətləndirdi? - VİDEO
Qəbələdə cüdo üzrə region yarışları davam edir
Növbəti seminar Qəbələdə baş tutdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər