“Bu gün çox yaxşı oynadıq” -Joze Alesio Da Silva
Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində İranla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib.
Sportfm.az həmin açıqlamanı təqdim edir:
“Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşan komandadır. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. 10 metrlik zərbəni qola çevirə bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü hesaba daşıya bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vuramağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.
Oxşar xəbərlər
“Kollektiv oyun planında xeyli irəli getmişik” - Joze Alesio
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
“Çətin olanı reallaşdırmağa çalışacağıq” - Joze Alesio
"Dünya çempionatına hələ hazır deyilik" - Millimizin baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası