reklam
Rəcəbovun Dünya Kubokunun yarımfinalında rəqibi bəlli oldu
Sportfm.az xəbər saytı

Rəcəbovun Dünya Kubokunun yarımfinalında rəqibi bəlli oldu


Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub. 

Sportfm.az xəbər verir ki, 32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşacaq.

Vaşye-Laqrav 1/4 final mərhələsinin "tay-breyk"ində ermənistanlı Levon Aronyanı məğlub edib.

Teymur Rəcəbov 1/4 finalda ABŞ təmsilçisi Ceffri Syuna qalib gəlmişdi.

Yarımfinal qarşılaşmaları 26 - 28 sentyabrda keçiriləcək. 

Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. 

Azərbaycanın digər şahmatçıları mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.

 

Oxşar xəbərlər

Teymur Rəcəbovun rəqibi müəyyənləşəcək
Məmmədyarovla Rəcəbov görüşündə növbəti heç-heçə
Məmmədyarov Rəcəbovla heç-heçə etdi
Məmmədyarovla Rəcəbov finalda qarşılaşacaqlar
Şahmat üzrə dünya kubokunda birinci partiyalar oynanılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər