Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elnur Cəfərovun komandasının oyununda qalmaqal -VİDEO
Azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi "Duqopole" klubu Xorvatiyanın II Divizionunda evdə "Sesvete" ilə bərabərə qalıb - 2:2. Sportal.az xəbər verir ki, bu matç böyük qalmaqalla yadda qalıb. Hesab 2:1 ev sahibi komandanın xeyrinə olarkən qonaqlar penalti qazanıb. Ancaq oyunun baş hakimi Tino Kreçak "Sesvete"nin oyunçusu Ante Aralitsanın qolunu qeydə almayıb. Tor deşik olsa da, bu, referinin gözündən yayınıb. Qonaq komandanın etirazı nəticə verməyib. Buna baxmayaraq, "Sesvete" 90+5-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.
Qeyd edək ki, Elnur Cəfərov oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Oxşar xəbərlər
"Kür" Xorvatiya təmsilçisinə məğlub oldu
“Kür”də "Kür" “Sesvete”ni qəbul edəcək
Azərbaycanlı futbolçu Xorvatiya klubunda
Elnur Cəfərov “Tondela”dan kənarlaşdırıldı!
Elnur Cəfərov “ofsayd”da
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası