reklam
Teymur Rəcəbov Dünya Kubokunun final görüşündə uduzdu
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov Dünya Kubokunun final görüşündə uduzdu


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ikinci final görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə bitib. İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5.

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 2 partiya oynayacaqlar. 

Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Oxşar xəbərlər

Teymur Rəcəbov Dünya Kubokunu uddu - 110 min dollar qazandı
Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi
Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazandı
Teymur Rəcəbov dünya kubokunun finalında mübarizə aparacaq
Teymur Rəcəbov finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər