reklam
İkinci Liqada lider dəyişdi
Sportfm.az xəbər saytı

İkinci Liqada lider dəyişdi


Futzal üzrə İkinci Liqada IV turun oyunları keçirilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, NTD - “Advokat” oyunu ikincilərin beynəlxalq turnirdə iştirikı ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb. Belə ki, oktyabrın 3-dən 6-dək Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyasının 100 illik yubileyi ilə əlaqədar Bakıda beynəlxalq turnir keçiriləcək. Sportfm.az xəbər verir ki, yarışda 9 ölkəni təmsil edəcək 16 komanda mübarizə aparacaq. "Advokat" da həmin turnirdə iştirak edəcəyinə görə, müraciəti müsbət cavablandırılıb. NTD-nin yoxluğunda lider dəyişib. “Hövsan”la “Baku Fire-3” eyni sayda xal toplasa da, birincilər topların nisbətinə görə zirvədə yer alıb. “Baker Tilly” turu 1 xalla qapayıb, “Zülfüqar” və “Gənclik” isə ilk qələbəsini qazanıb. Nəticələri diqqətinizə çatdırırıq:

Zirvə Bakı-2 – Borçalı 4:10

Timsport – Atletiko Baku 4:4

Baker Hughes – Bədr FK Xocalı 3:6

Emin spor – Baku Fire-3  2:3

Bibi-Heybət – Dalğa 2:4

Star karqo-2 – Zülfüqar 1:3

Baker Tilly – Altay 2:2

Gənclik İK – ASCO Dənizçi 8:7

Təbriz – Hövsan 2:4

 

Oxşar xəbərlər

“Advokat” fərqin artmasına imkan vermədi
"Təbriz" və "Borçalı" uduzdu
"Bibi-Heybət” məğlub oldu, "Hövsan" qalib gəldi
İkinci tura yekun vuruldu
İkinci Liqanın oyun cədvəli məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər