reklam
Millimiz son görüşdə qalib gəldi
Sportfm.az xəbər saytı

Millimiz son görüşdə qalib gəldi


19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Sportfm.az xəbər verir ki, milli komanda Albaniya yığması ilə qarşılaşıb. 

“Cidade Desportiva do SC Braga” stadionunda keçirilən görüş Azərbaycan millisinin minimal hesablı qələbəsiylə başa çatıb. Oyunda yeganə qolu 72-ci dəqiqədə Dilara Soley Deli vurub.

Azərbaycan millisi turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Portuqaliya və Almaniya yığmalarına eyni – 0:6 hesabıyla uduzmuşdu.

AÇ-nin seçmə mərhələsi
8 oktyabr

Albaniya – Azərbaycan 0:1
Qol: 72, Dilarə.
Qırmızı vərəqə: Sona Rəhimova, 90+3 (Azərbaycan)
Baş hakim: Yoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Dora Mriante (Kipr), Andreia Sousa (Portuqaliya)
Dördüncü hakim: Teresa Alis Pimenta Oliveira (Portuqaliya)

Oxşar xəbərlər

Millimiz Qazaxıstana qalib gəldi
Almaniya Avropa çempionu oldu - FOTO
Millimizin son sınağı - Albaniyaya qarşı
Millimiz son oyununu keçirəcək
Millimiz Belarusa qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər