reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin baş məşqçisi:"Bu təklif mənim üçün gözlənilməz oldu"


"Təyinat həqiqətən mənim üçün gözlənilməz oldu. Bu gün "Zirə" klubunun rəhbərliyi ilə danışdıq. Onlar təklif elədilər, mən də müsbət cavab verdim və razılaşdıq".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Zirə" komandasına baş məşqçi təyin olunan Zaur Haşımov deyib. 

38 yaşlı mütəxəssis bildirib ki, komandanın hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdır və bunun öhdəsindən gəlməyə çalışacaqlar.

Baş məşqçi kimi ilk dəfə iş başında olacaq Haşımov özünə inandığını vurğulayıb: "Bir addımı atanda hər zaman optimist olmaq, yaxşı olacağına inanmaq lazımdır. Kimsə özünə güvənmədən nəsə edirsə, orada uğur olmayacaq. Mən də hər addımı atanda fikirləşirəm, sonra isə qərar verirəm. Əlbəttə, yanımdakı insanlardan da çox şey asılı olacaq. Bu işdə mütləq dəstək lazımdır".

Qeyd edək ki, "Zirə" Zaur Haşımovla mövsümün sonuna kimi müqavilə imzalayıb. O, yeni postda Samir Abasovu əvəzləyib.  

Oxşar xəbərlər

"Zirə"nin sabiq baş məşqçisi geri döndü - Akademiyada koordinator olacaq
"Rəşad Sadıqov tələbkar məşqçidir" - Şəhriyar Rəhimov
"Zirə" Zaur Həşimovla vidalaşdı
Zaur Həşimov: "Top fərqinə görə kənarda qalmağımız da asan qəbul olunan məsələ deyil"
"Zirə" yeni baş məşqçisi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər