Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mundialın 5-ci iştirakçısı
Klublararası dünya çempionatında çıxış edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, CAR-ın "Mamelodi Sandaunz” klubu Afrika Çempionlar Liqasının qalibi kimi mundiala vəsiqə əldə edib.
Final matçında Misir "Zamalek”ini iki oyunun (3:0, 0:1) nəticəsində üstələyən CAR təmsilçisi dekabrın 8-18-də Yaponiyada təşkil olunacaq dünya çempionatında qüvvəsini sınayacaq.
Bununla da yarışda iştirak edəcək 7 komandadan 5-i məlum olub. CAR klubunadək "Real”ın Avropanı, "Atletiko”nun Cənubi Amerikanı, Amerikanın KONKAKAF-ı, "Oklend Siti”nin Okeaniyanı təmsil edəcəyi dəqiqləşmişdi. Hələlik yalnız meydan sahibi Yaponiyanı və Asiyanı təmsil edəcək klublar dəqiqləşməyib.
Qeyd edək ki, afrikalılar mundiala 1/4 final mərhələsindən başlayacaq. "Mamelodi Sandaunz”un rəqibi ilkin mərhələnin qalibi olacaq. Bu oyunda Yaponiya çempionu ilə Okeaniyanın ən yaxşısı olan "Oklend Siti” (Yeni Zelandiya) üz-üzə gələcək.
Oxşar xəbərlər
FİFA 19 klubun adını açıqladı - klublararası dünya çempionatı üçün
Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi edəcək
Klublararası dünya çempionatının püşkü atıldı
Klublararası DÇ-nin bütün iştirakçıları bəlli oldu
Klublararası dünya çempionatına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası