Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gürcülər Bakıda qalib oldu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Məhbub Səadətxanın xatirəsinə həsr olunmuş reqbi üzrə beynəlxalq açıq Bakı turniri keçirilib. Azərtac xəbər verir ki, turnirdə Gürcüstanın "Tsikara”, Rusiyanın "Sokol”, Bakıdakı xarici vətəndaşların TİSA, "Pələng”, "Qarabağ” və 132-134 saylı Təhsil Kompleksinin komandaları mübarizə aparıblar.
Turnirin açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nüvər Xasıyev və qonaq komandalarının nümayəndə heyətinin rəhbərləri iştirak ediblər.
Yekun nəticələrə əsasən, "Tsikara” komandası turnirin qalibi olub. "Sokol” gümüş, "Pələng” komandası isə bürünc medala sahib olub.
Mükafatçılara Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Gənclər Gününə həsr olunmuş boulinq yarışı keçirildi - FOTO
Karate üzrə açıq Bakı turnirinə yekun vuruldu
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO
Reqbi üzrə açıq Bakı turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Emrelinin komandasından ikinci qələbə
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa















Misli Premyer Liqası