reklam
Nazir Türkiyə millisinin cəzalandırılmasını istədi
Sportfm.az xəbər saytı

Nazir Türkiyə millisinin cəzalandırılmasını istədi


Fransanın idman naziri Roksana Marasinyanyu Türkiyə millisinin cəzalandırılmasını istəyir.

Sportfm.az xəbər verir ki, bu barədə o, özünün "Tvitter" hesabında yazıb. R.Marasinyanyu UEFA-dan Türkiyə yığmasının futbolçularının Fransa ilə matçda qol sevincini əsgər salamı ilə qeyd etdiyi üçün cəza verilməsini tələb edib:

"Fransa Futbol Federasiyasına və polisə matç zamanı təhlükəsizliyi təmin etdiyi üçün təşəkkür edirəm. Türk futbolçular bu səyləri korladılar. Onların əsgər salamı idmanın ruhuna ziddir. Mən UEFA-dan sanksiyaları tətbiq etməyi tələb edirəm".

Qeyd edək ki, Albaniya ilə görüşdə də Türkiyə millisinin futbolçuları əsgər salamı verdikləri üçün yığmanın cəzalandırıla biləcəyi xəbərləri yayılmışdı, amma bu iddialar sonradan təkzib olunmuşdu.

Oxşar xəbərlər

Cəza Türkiyə millisindən yan keçdi
"Neftçi"nin futbolçusu əsgər salamı verdi - FOTO
“Ronaldo məni əsgər salamı ilə qarşıladı” - Merih Demiral
Kristof Daum əsgər salamına etiraz edənlərin cavabını verdi
UEFA Türkiyə millisinə qarşı intizam işi açdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər