reklam
Yığmamız San-Marinonu məğlub etdi
Sportfm.az xəbər saytı

Yığmamız San-Marinonu məğlub etdi


Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Azərbaycan millisi turnir çərçivəsində bundan əvvəl keçirdiyi iki oyunda uduzmuşdu. Yığma komanda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabıyla məğlub olmuşdu.
Son oyunda isə yığmamız qələbə qazanan tərəf olub. Azərbaycanlı futbolçular 2 cavabsız qolla üstün olublar.

Avropa çempionatı, seçmə mərhələ

15 oktyabr

Azərbaycan U-19 – San Marino U-19 2:0
Qol: Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.
Baş hakim:
 Alan Mario Sant (Malta)

Oxşar xəbərlər

Yığmamız məğlub oldu - Avropa çempionatı
Azərbaycan yığması "Alanyaspor"u məğlub etdi, Yıldırım dublla yadda qaldı
Farer adalarına məğlub olan yığmamız sonuncu oldu
Çexiya Azərbaycan millisinin qapısından 4 top keçirdi
Millimiz ilk oyunda Norveçə uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər