reklam
Millimizin bacarmadığını Gürcüstan yığması reallaşdırdı
Sportfm.az xəbər saytı

Millimizin bacarmadığını Gürcüstan yığması reallaşdırdı


19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ilkin mərhələsinin qrup oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, qonşu Gürcüstan yığması mərhələni ən yaxşı tamamlayan komandalardan biri olub. 

Ramaz Svanadzenin çalışdırdığı komanda qrupda Macarıstan, Qazaxıstan və Xorvatiya milliləri ilə mübarizə aparıb. Gürcülər bütün rəqiblərini məğlub edib və maksimum nəticə ilə elit-raunda yüksəlib.

Gürcüstan milli komandasını çalışdıran Ramaz Svanadze Azərbaycanın “İnter” (indiki “Keşlə”) klubunda əmisi Zaur Svanadzenin köməkçisi olub. 38 yaşlı mütəxəssisin Gürcüstanın U-19 millisindəki köməkçisi uzun illər Azərbaycanda oynamış Georgi Adamiyadır.

13-cü qrup
Macarıstan – Gürcüstan – 2:4
Gürcüstan – Qazaxıstan – 3:1
Gürcüstan – Xorvatiya – 2:0 

Azərbaycan yığması ilkin mərhələnin qrup mərhələsində Çexiya, Norveç və San-Marino ilə eyni qrupda mübarizə aparıb. Samir Əliyevin çalışdırdığı kollektiv Norveçə 0:1, Çexiyaya 0:4 hesabı ilə uduzmuş, San-Marinoya qalib gəlmişdi – 2:0. Azərbaycan millisi uğursuz çıxışdan sonra elit-raunda yüksələ bilməmişdi.

 

Oxşar xəbərlər

Türkiyə evdə, İspaniya səfərdə uduzdu - AVRO-2024
Azərbaycan milliləri Gürcüstan və Danimarkaya qarşı
Futzal millimizin potensial rəqibləri məlumdur
Svanadze Gürcüstan millisinin baş məşqçisi oldu
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər