reklam
AVRO-2020-nin himninin müəllifi məlum oldu
Sportfm.az xəbər saytı

AVRO-2020-nin himninin müəllifi məlum oldu


UEFA holland musiqiçisi Martin Qarriksi 2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

Sportfm.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti bildirib. Martin Qarriks 2018-ci ilin qış Olimpiya oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o "Formula-1" Yaponiya Qran-prisində də çıxış edib.

"Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm", - deyə 23 yaşlı Qarriks "Twitter"dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində - 12 iyun 2020-ci ildə Romada, "Olimpiko" stadionunda ifa olunacaq. Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində - Londonda, Münhendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək.

Oxşar xəbərlər

"Avro-2020"nin rəsmi mahnısı - VİDEO
Bakıya gəlmək istəyən fanatların sayı durmadan artır
AVRO-2020-nin Bakı şəhəri üzrə fristaylerləri müəyyənləşdi
Final mərhələsinin püşkü Buxarestdə atılacaq
Avropa çempionatının talismanı Amsterdamda təqdim olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər