reklam
Azərbaycan idmançısıı Avropa rekordu müəyyənləşdirdi
Sportfm.az xəbər saytı

Azərbaycan idmançısıı Avropa rekordu müəyyənləşdirdi


Azərbaycan ağırlıqqaldıranı Rüstəm Qasımov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında rekord müəyyənləşdirib. 

Sportfm.az xəbər verir ki, Qasımov buna 20 yaşadək atletlərin 67 kq çəki dərəcəsindəki mübarizəsində nail olub.

17 yaşlı idmançı birdən 123 kq, təkanla 151 kq ağırlığın öhdəsindən gəlib. Onun birdən qaldırma hərəkətində ram etdiyi 123 kq çəki yeniyetmələrin yeni Avropa rekordudur.

Digər tərəfdən, Qasımov təkanla qaldırmada 151 kq-ın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yeniyetmələr rekordu olan 150 kq-lıq nəticənin yenilənməsi demək idi. Eyni zamanda onun toplamda göstərdiyi 274 kq-lıq nəticə də Avropa rekordu olan 270 kq-ın 4 kq yenilənməsi anlamına gəlib. Təkanla qaldırma və toplamda qeydə alınan rekordlar həmçinin bugünkü yarışda çıxış edən Qurami Giorbelidze tərəfindən müvafiq olaraq 2 və bir kiloqram yenilənib.

Qeyd edək ki, 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) mübarizə aparır. 

Oxşar xəbərlər

Azərbaycanlı idmançıdan yeni Avropa rekordu
İdmançımız Avropa rekordu müəyyənləşdirdi
İdmançımız Avropa birinciliyində bürünc medal qazandı
Səbinə Əzimova bürünc medalı boynundan asdı - Buxarestdə
Azərbaycanlı idmançı tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər