reklam
Milli üzvü 4 aylıq sıradan çıxdı
Sportfm.az xəbər saytı

Milli üzvü 4 aylıq sıradan çıxdı


"Roma” ciddi itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Alessandro Florenzi sıradan çıxıb. Dünən "Sassuolo” (3:1) ilə A seriyası matçının ikinci hissəsində zədələnən İtaliya millisinin üzvü dizindən ciddi xəsarət alıb. Belə ki, həkimlər 25 yaşlı futbolçunun sol diz ön çarpaz bağlarının yırtıldığını açıqlayıblar. Bu isə o deməkdi ki, Florenzi ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Alessandro Florenzi cari mövsümdə "Roma”nın heyətində keçirdiyi 13 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

Alemdar sıradan çıxdı, Montella təşviş içində
İtaliya millisi üçün önəmli itki - Berardi oynamayacaq
İstanbul klubunun lideri sıradan çıxdı
"Arsenal"da ciddi itki
“Liverpul”da itki: mövsümü başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər