reklam
Sportfm.az xəbər saytı

"Qranada" "Barselona" və "Real"ı arxada qoydu


İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda “Vilyarreal” “Alaves”i qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” doğma azarkeşləri qarşısında “Atletik”i qonaq edib. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Sonuncu oyun gününə beş qarşılaşma təsadüf edib. “Selta” evdə “Real Sosyedad”a, “Levante” “Espanyol”a məğlub olub.

“Qranada” “Betis”i, “Osasuna” da “Valensiya”nı məğlub yola salıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” isə “Xetafe”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.

Bu tur keçirilməli olan “Barselona” – “Real” oyunu Kataloniyadakı iğtişaşlar səbəbindən təxirə salınıb. Görüşün dekabrın 18-də keçiriləcəyi gözlənilir. Məhz bu üzdən baş tutan oyunlar nəticəsində “Qranada” hazırda La Liqanın vahid liderinə çevrilib.

İspaniya La Liqası, 10-cu tur

25 oktyabr

Vilyarreal – Alaves 4:1
Qol
: Ekambi, 13; 66. Moreno, 84. Ontiveros, 90+1 – L.Peres, 50.

26 oktyabr

Leqanes – Malyorka 1:0
Qol
: Breytveyt, 31.

Valyadolid – Eybar 2:0
Qol
: Qvardiola, 10. Salisu, 39.

Atletiko – Atletik 2:0
Qol
: Saul, 28. Morata, 64.

27 oktyabr

Selta – Real Sosyedad 0:1
Qol
: İsak, 82.

Qranada – Betis 1:0
Qol
: Vadillo, 61.

Levante – Espanyol 0:1
Qol
: Bernardo, 38.

Sevilya – Xetafe 2:0
Qol
: Çiçarito, 69. Okampos, 78.

Osasuna – Valensiya 3:1
Qol
: Oyer, 34. R.Qarsiya, 48. Estupinan, 80 – Rodriqo, 14.

Oxşar xəbərlər

“Valensiya”dan ev, “Sevilya”dan səfər qələbəsi - La Liga
“Sevilya” doğma meydanda “Vilyarreal”ı məğlub etdi - La Liqa
Madridlilər minimal hesabla qalib gəldi
4 ev sahibindən 3-ü evdə 0-2 hesabı ilə məğlub oldu - La Liqa
"Sevilya"dan gözlənilməz xal itkisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər