“Qızıl top”un mükafatçısı vaxtından əvvəl məlum oldu
“France Football” jurnalının ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatı İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldoya təqdim olunacaq.
Sportfm.az xəbər verir ki, Fransa nəşrinin nümayəndələri bununla əlaqədar Turində 34 yaşlı forvard və klubun idman direktoru Fabio Paratiçi ilə görüşüblər. Jurnalistlərin Ronaldodan qalib elan olunandan sonra yayımlanması üçün nəzərdə tutulan müsahibə götürdükləri ehtimal edilir.
Qalibin adı dekabrın 2-də Parisdəki Şatle teatrında təşkil olunacaq mərasimdə elan olunacaq. Bu ada 30 futbolçu namizəd göstərilib.
Qeyd edək ki, “France Football”ın 1956-cı ildə təsis etdiyi “Qızıl top” mükafatını hamıdan çox – 5 dəfə Ronaldu ilə İspaniya təmsilçisi “Barselona”nın argentinalı kapitanı Lionel Messi alıb. Ötən il mükafata İspaniyanın “Real Madrid” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
Oxşar xəbərlər
Messi 7-ci dəfə "Qızıl top" mükafatını qazandı
“Qızıl top”un sahibi kim olacaq? - 30 namizəd
Bu il heç kim "Qızıl top"u qazanmayacaq - Qərar
Ronaldonu yenə geridə qoydu
“Qızıl top” mükafatına namizədlərin adları açıqlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası