Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Riberi 3 oyunluq diskvalifikasiya olundu
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi 3 oyunluq diskvalifikasiya olunub.
Sportfm.az xəbər verir ki, buna "Latsio"ya 1:2 hesabı ilə uduzduqları matçda fransalı yarımmüdafiəçinin yan xətt hakimini iki dəfə itələməsi səbəb olub.
36 yaşlı oyunçu 89-cu dəqiqədə Roma təmsilçisinin qələbə topunun qeydə alınmasından narazılığını belə formada bildirib. Bunadək isə o, 74-cü dəqiqədə əvəzlənməsinə etiraz edib.
Qeyd edək ki, Frank Riberi "Fiorentina"ya yay transfer dövründə Almaniya "Bavariya"sından azad agent qismində keçib. Onunla 2 illik müqavilə bağlanılıb. Bu mövsüm A Seriyasında 9 oyuna çıxan Riberi 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Oxşar xəbərlər
37 yaşlı oyunçu “Fiorentina”nın ən yaxşısı oldu
Riberi "qızıl steyk" yedi, tənqidçiləri təhqir etdi - FOTO
Riberi azarkeşləri söydü - VİDEO
Riberi yenidən "Qalatasaray"a qayıdır?
Frank Riberi Türkiyədə çıxış edə bilər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası