reklam
Stadiona ölən futbolçunun adı verildi -
Sportfm.az xəbər saytı

Stadiona ölən futbolçunun adı verildi -FOTO


Argentinanın “San Martin Proqreso” klubu təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atıb.
Sportfm.az xəbər verir ki, klub stadionuna mərhum futbolçunun adını verməyi qərara alıb. Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək. Stadion Salanın şəkilləri ilə bəzədiləcək.

Qeyd edək ki, argentinalı futbolçu “San Martin”in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın “Nants” klubundan “Kardif Siti”yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.

Oxşar xəbərlər

Təyyarə qəzasında ölən futbolçu ilə bağlı yeni məlumat
Emiliano Salanın ölümü ilə bağlı təzadlı məqam - Bir nəfər saxlanıldı
Oğlunun vəfatına dözə bilmədi - FOTO
Vəfat edən futbolçunun transferi ilə bağlı razılığıa gəldilər
Emiliano Salanın ölüm səbəbi aydınlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər