APOEL - "Qarabağ" matçının hakimləri məlum oldu
"Qarabağ"ın Kiprdə APOEL-lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt, Kristofer Joger dördüncü hakim qismində kömək edəcək.
Yunanıstanlı Georgios Bikas hakim-inspektor, israilli Ariel Kennet Şayman UEFA nümayəndəsi olacaq.
36 yaşlı Şüttenqruber 5 ildir FIFA referisidir. O, indiyədək Azərbaycanın heç bir komandasının oyununu idarə etməyib.
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Oxşar xəbərlər
Barbaş millimizin matçında - Təyinat
"Qarabağ" Kiprdə APOEL-lə qarşılaşacaq
"Qarabağ" - APOEL matçı Slovakiyalı hakimlərə həvalə olundu
"Qarabağ" APOEL ilə qarşılaşacaq
APOEL - “Qarabağ” matçının hakimləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası