"Mənə Azərbaycan vətəndaşlığı təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim" -Yaroslav Deda
Hazırda Ukrayna “Karpatı”sında forma geyinən “Qarabağ”ın sabiq futbolçusu Yaroslav Deda açıqlama verib.
Sportfm.az xəbər verir ki, Lvov təmsilçisinin saytına danışan 20 yaşlı hücumçu, “Qarabağ”da olarkən ona Azərbaycan vətəndaşlığı təklif edildiyini deyib:
“Azərbaycan mənə çox şey verdi. “Qarabağ” haqda eşidəndə bir an düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq şansım var idi. Azərbaycanda mentalitet bizimkindən fərqlənir. Əvvəl heç nə hiss etmirdik, qardaşımla bir yerdə idim. Qardaşım ayrıldıqdan sonra iki ay ərzində uyğunlaşdım və özümü evdəki kimi hiss etdim.
2017-ci ilin noyabrında mənə Azərbaycan vətəndaşlığı təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna üçün oynamaq istəyirəm.
“Qarabağ”ın gənc komandasında Çempionlar Liqasının 4 oyununda 3 qol vurdum. Rəqiblərimiz “Roma”, “Atletiko” və “Çelsi” idi. İspaniya səfərində 3 xal qazana bilmişdik. Həmin görüşdə də yeganə qolu vurdum. Gözəl bir təcrübə idi”.
Yaroslav Deda 2017/2018 mövsümündə “Qarabağ”ın U-19 komandasında çıxış edib. O, Ağdam təmsilçisinin heyətində UEFA Gənclər Liqasında da forma geyinmişdi.
Deda 2019-cu ilin yanvarından “Karpatı”da forma geyinir.
Oxşar xəbərlər
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim” - Açıqlama
“Qarabağ”ı tanımırdım” – Zubir
"Qarabağ"a pul ödəmədən transfer etdilər - FOTO
“Qarabağ” komandası Madridin “Atletiko” klubuna qalib gəlib
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası