reklam
Püşk millimizə Rusiyanı rəqib seçdi
Sportfm.az xəbər saytı

Püşk millimizə Rusiyanı rəqib seçdi


Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. Sportfm.az xəbər verir ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə pley-off oyunlarında üz-üzə gələcək. Qeyd edək ki, C qrupunda yer alan millimizin qrupunda ikinci pilləni tutacaq komanda D qrupunun ikincisi ilə üz-üzə gələcək. B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə gücünü sınayacaq. Qalib komandalar da həlledici mərhələyə yüksələcək.

A qrupu

Portuqaliya

İtaliya

Belarus

Finlandiya

 

B qrupu

İspaniya

Serbiya

Ukrayna

Fransa

 

C qrupu

Rusiya

Azərbaycan

Slovakiya

Xorvatiya

 

D qrupu

Qazaxıstan

Sloveniya

Rumıniya

Çexiya

 

Oxşar xəbərlər

AVRO-2020-nin təqvimi - SİYAHI
Millimizin rəqibləri müəyyənləşdi - DÇ-2022
Millimizin rəqibləri müəyyənləşir
AÇ-2020: Millimiz üçün tanış rəqiblər
Euro-2017: Polşa qalib gəldi, Türkiyə uduzdu - Nəticələr

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər