Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şenol Günəş karyerasını bitirəcəyi vaxtı açıqladı -"Bu, mənim üçün final olacaq"
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş karyerasını başa vuracağı tarixi açıqlayıb.
Sportfm.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra məşqçi karyerasını bitirəcəyini bildirib. O, yığmanın son olaraq 2002-ci ildəki mundiala qatıldığını xatırladıb: "Həmin vaxt 48 il sonra dünya çempionatına iştirak etdik. Ümid edirəm ki, 2022-ci ildə də qatıla bilərik. Bu, mənim üçün final olacaq. Mətbuatdakı dostlara da manşet olsun".
Qeyd edək ki, Şenol Güneş 2000 - 2004-cü illərdə də Türkiyə millisinin baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında 2002-ci il dünya çempionatının bürünc mükafatını qazanıb.
Oxşar xəbərlər
Şenol Günəş istefa verdi
Van Qal məşqçilik karyerasını bitirdi
Şenol Günəş geri döndü - Qayıdış
Ehtimallar doğruldu, millinin məşqçisi oldu - FOTO
Şenol Günəş milli komandada!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası