Azərbaycan - Uels matçı tanınmış hakimə həvalə edildi
AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Deniz Aytekinə yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Oyunlara hazırlıq məqsədilə 11 - 16 noyabrda Bakıda, 17 - 19 noyabrda Slovakiyada təlim-məşq toplanışı keçiriləcək.
Oxşar xəbərlər
İtaliya - İspaniya matçının hakimləri - AVRO-2020
Belçika – Portuqaliya matçının hakimləri bilindi - AVRO-2020
Bakıdakı ilk oyun fransalı hakimlərə tapşırıldı - AVRO-2020
Lüksemburq - Azərbaycan matçı almaniyalı hakimlərə həvalə edildi - Millətlər Liqası
Uels - Azərbaycan matçının hakimləri bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası