reklam
Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağına əvvəlcədən proqnoz verdi
Sportfm.az xəbər saytı

Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağına əvvəlcədən proqnoz verdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının AVRO-2020-də A qrupuna düşəcəyini hələ püşkatma öncəsi proqnozlaşdırıb.

Sportfm.az xəbər verir ki, bu barədə NTV-nin idman şərhçisi Rıdvan Dilmen açıqlamasında bildirib.

"Yayıma çıxmamışdan öncə Ərdoğanla danışdım. O, TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah, Bakı - Roma qrupuna düşərik" söyləyib. Qəlbi təmiz imiş. Türkiyə millisinin iki matçı Bakıda olacaq. Əslində ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 gün qalacağıq", - deyə Dilmen vurğulayıb. 

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Görüş iyunun 12-də Roma şəhərindəki "Olimpiko" stadionunda keçiriləcək. Daha sonra Azərbaycan paytaxtına səfər edəcək "ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uelslə, iyunun 21-də isə İsveçrə ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Ərdoğan Bakıya gəlir - Oyun izləyəcək
Türkiyə millisinin Bakı planı - AÇ-2020
Ərdoğandan "Avro-2020" açıqlaması
Türkiyə prezidenti AVRO-2020-ni Bakıda izləyəcək
Cəza Türkiyə millisindən yan keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər