"Zirə" Divizion təmsilçisinə qalib gəldi - VİDEO
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, son oyun gününə üç matç nəzərdə tutulub. Hər üç görüşdə Premyer Liqa və birinci divizion təmsilçiləri üz-üzə gəlir.
"Qaradağ Lökbatan"ı qəbul edən "Zirə" 4 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib. Zaur Həşimovun komanda 1/4 finalda "Səbail"lə qarşılaşacaq.
Günün digər oyunlarında "Sabah" "Ağsu"nu, "Sumqayıt" isə "Zaqatala"nı qəbul edəcək.
Qeyd edək ki, ötən gün "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən "Keşlə" 1/4 finala yüksəlib və bu mərhələdə "Qarabağ"a rəqib olub.
4 dekabr (çərşənbə)
14:00. “Zirə” – “Qaradağ Lökbatan” - 4:0
Qol: Elvin Məmmədov, 45-pen. Müşfiq İlyasov, 55, Xulio Rodriges, 69, İbrahim Aslanlı, 78
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu
15:00. “Sabah” – “Ağsu” - 5:0
Qol: Ulise Diallo, 29, Məhəmməd Mirzəbəyov, 61, Arsen Ağcabeyov, 70, Rocer Roxas, 82, 90+3
Hakimlər: Fərid Hacıyev, Mübariz Haşımov, Pərvin Talıbov, Elçin Məsiyev
“Bank Respublika Arena” (ehtiyat meydança)
3 dekabr
“Keşlə” – “Kəpəz” - 3:1
Oxşar xəbərlər
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu
"Kəpəz"in Bakıdakı matçını kim idarə edəcək? - Açıqlandı
Kubokun oyun cədvəli müəyyənləşdi
I Divizionda yeni mövsümün təqvimi açıqlandı
I Divizionda yeni mövsümün - TƏQVİMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası