reklam
FİFA komitəsinin keçmiş üzvünə ömürlük diskvalifikasiya
Sportfm.az xəbər saytı

FİFA komitəsinin keçmiş üzvünə ömürlük diskvalifikasiya


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) qurumun komitəsinin keçmiş üzvü Ariel Alvaradonu rüşvətxorluğa görə beynəlxalq və milli səviyyədə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük diskvalifikasiya edib. 

Sportfm.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb. 

FİFA-nın etika üzrə müstəqil komitəsinin məhkəmə palatası Alvaradonu qurumun etika kodeksini pozmaqda təqsirli bilib. 2009-cu ildən 2011-ci ilədək dövrdə funksioner Panama Futbol Federasiyasının, Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) himayəsi ilə televiziya və marketinq hüquqlarının satışı üzrə korrupsiya sxemi ilə bağlı olub. 

Bundan əlavə, Alvarado 500 min İsveçrə frankı məbləğində (€457,5 min) cərimələnib. Alvaradonun kənarlaşdırılması haqqında qərar dekabrın 19-da qüvvəyə minib. 

Alvarado 2010-cu ilə qədər Panama Futbol Federasiyasının prezidenti və KONKAKAF-ın İcraiyyə Komitəsinin üzvü olub.

Oxşar xəbərlər

Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı - Günahı sübuta yetrildi
Futbol federasiyasının prezidenti cəzalandı
FİFA sabiq vitse-prezidentə ömürlük cəza verdi
FIFA İcraiyyə Komitəsinin sabiq üzvü vəfat etdi
FİFA-nın üç məmuru futboldan ömürlük uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər