Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın 30-cu səfər qələbəsi
“Qarabağ” Azərbaycan kubokunda 30-cu səfər qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu 1/4 final mərhələsinin cavab oyununda “Keşlə”yə qalib gəlib – 3:1. 1993-cü ildən ölkə kubokunda çıxış edən əyalət klubu rəqib meydanındakı 65-ci görüşdə yubiley qələbəsini bayram edib.
“Qarabağ” yarışın tarixində rəqib meydanında ən çox qalib gələn ikinci komandadır. Ağdamlılar yalnız “Neftçi”dən geri qalır. Paytaxt təmsilçisi səfərdə 38 dəfə qalib gəlib.
“Qarabağ” kubokdakı ilk səfər qələbəsini 1993-cü il mövsümünün 1/32 finalında qazanıb. Ağdam klubu Şəkinin “Gənclik” komandasına 2:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
“Qarabağ”ın 300-cü qələbəsi - Yubiley
"Qarabağ" bunu 40-cı dəfə etdi
"Neftçi"nin yubiley qələbəsi - 250
20-ci səfər qələbəsi
“Qarabağ”dan tarixi qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası