reklam
Polis Bakıda futbolçunu soyanları saxladı -
Sportfm.az xəbər saytı

Polis Bakıda futbolçunu soyanları saxladı -2 azyaşlı ifadə verəcək


Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxslər saxlanılıb.

Sportfm.az xəbər verir ki, dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvame “Zirə”nin futbolçusudur.

Oxşar xəbərlər

Futbol oynadılar, telefonları oğurlandı - Bakı
"Topaz" kuponu əvəzinə narkotik satıldı - Bakıda hadisə
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Bakıda idmana getmək adıyla evdən çıxan 14 yaşlı qız... Dəhşətli olay
Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər