Nurməhəmmədov 11 yaşlı azarkeşlə futbol oynadı -VİDEO
Yüngül çəkidə UFC çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov 11 yaşlı azarkeşinə “iPhone” hədiyyə edib, onunla futbol oynayıb.
Sportfm.az xəbər verir ki, ayaqsız doğulan oğlan Qazaxıstanın Nur-Sultan şəhərində yaşayır. Öz növbəsində, oğlan Nurməhəmmədova Fransanın “Pari Sen-Jermen” klubunun futbolçularının avtoqraflarının olduğu top təqdim edib.
Məktəbli məşhur idmançı ilə görüşü barədə təəssüratlarını İnstaqram hesabında bölüşüb.
“Mən Həbibə mənim üçün çox dəyərli olan hədiyyəni bağışladım, lakin mən Həbib Nurməhəmmədov kimi hörmətli və dahi çempionların diqqət, ürəyiaçıqlıq, xeyirxahlıq və sadələk kimi insani keyfiyyətlərini daha qiymətli sayıram”, - məktəbli sosial şəbəkədə yazıb.
Oxşar xəbərlər
Həbib Nurməhəmmədov ABŞ-a getməyəcək - Döyüş ləğv edildi
Nurməhəmmədov ali mükafata layiq görüldü - FOTO
Həbib Meyuezerlə döyüşməkdən imtina etdi
Nurməhəmmədovu yenə təhqir etdilər: "Həbib murdar heyvandır!"
"Qartal" ilk dəfə çempion oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası