reklam
Məhşur futbolçu
Sportfm.az xəbər saytı

Məhşur futbolçu "Barselona"nı məhkəməyə verdi


İspaniya "Barselona"sının futbolçusu Arturo Vidal klubu məhkəməyə verib.

Sportfm.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisini müqavilədəki bir sıra detallara görə 2.4 milyon avro bonusu ödəməməkdə ittiham edir.

Sözləşmədəki bəndə əsasən, çilili oyunçu ötən mövsümdəki oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olduğu təqdirdə, 2 milyon avroya yaxın mükafat almalı idi. Ancaq Vidal bu şərti matçların yarısında meydanda olub. Buna görə də "Barselona" razılaşdırılmış məbləğdən başqa heç bir borcu olmadığını bildirib. Futbolçunun vəkilləri isə Vidala ödənişin 50 faizinin verilməsini tələb edirlər.

Qeyd edək ki, Arturo Vidalın İtaliya "İnter"inə keçməyə yaxın olduğu bildirilib. İddialara görə, "Yuventus" da yarımmüdafiəçi üçün mübarizəyə qoşulub. 

Oxşar xəbərlər

Arturo Vidal "İnter"də - RƏSMİ
“Barselona” oyunçusuna 20 milyon qiymət qoydu
Vidal razılığa gəldi - "Barselona"da qalacaq
“Barselona” oyunçusunu satmağa hazırlaşır
Arturo Vidal rəsmən "Barselona"da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər