reklam
53 illik stadion yenidən qurulur -
Sportfm.az xəbər saytı

53 illik stadion yenidən qurulur -VİDEO


Sumqayıtda 53 illik tarixi stadion yenidən qurulur.

Sportfm.az xəbər verir ki, bir çox beynəlxalq oyunlara şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu tamamilə söküləcək, yerində isə müasir tələblərə cavab verən üstü örtülü arena inşa olunacaq. 

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min nəfər üçün nəzərdə tutulub. Əvvəldən meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək. 

Stadionun ərazisində otelin də inşa olunması planlaşdırılır. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxşar xəbərlər

Sumqayıt şəhər stadionunda yenidənqurma işləri başlandı - FOTO
Sumqayıtdakı tarixi stadionu belə sökürlər - FOTOLAR
Mehdi Hüseynzadə adına stadionun son fotoları
Sumqayıt stadionunda yenidənqurma işləri başladı
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər