reklam
Mourinyo Muriqiyə elçi düşdü
Sportfm.az xəbər saytı

Mourinyo Muriqiyə elçi düşdü


Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Vedat Muriqiyə İngiltərə Premyer Liqasından təklif gəlib.

Sportfm.az xəbər verir ki, “Tottenhem” 25 yaşlı futbolçunu heyətində görmək istəyir. London klubunun daha öncə də İngiltərə təmsilçilərinin maraq dairəsində olan futbolçu üçün ilk rəsmi təklifi göndərdiyi bildirilir. “Tottenhem”in baş məşqçisi Joze Mourinyonun israrla istədiyi futbolçu üçün İstanbul klubuna 8 milyon avro təklif edildiyi deyilir.

Bundan başqa, kosovolu futbolçuya İtaliya A Seriyasından da təkliflərin olduğu deyilir. Buna baxmayaraq, çempionluq yarışında olan “Fənərbaxça” Muriqini satmaq niyyətində deyil.

Muriqi ötən ilin yayından “Fənərbaxça”da çıxış edir. O, 2019-cu ilin ilk yarısını Türkiyənin digər təmsilçisi “Rizəspor”da keçirib.

Oxşar xəbərlər

“Qarabağ” “Fənərbaxça”nın oyunçusu ilə razılığa gəldi
Şeydayevin klubu xorvat oyunçuya “elçi düşdü”
Merih Demiralın qiyməti məlum oldu - 50 milyon avro
"Yuventus" Türkiyə klubunun futbolçusuna "göz dikib"
16 illik karyeranın acı sonu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər