reklam
Sportfm.az xəbər saytı

"Musuqiçi" futbola geri qayıdır -FOTO


Uzun müddətdir karyerasını bitirib musiqi ilə məşğul olmağa başlayan argentinalı futbolçu Daniel Pablo Osvaldo yaşıl meydanalara qayıdır.

Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu ölkəsinin "Banfild" klubu ilə müqavilə imzalayıb. Klub saytı Osvaldo ilə 1 mövsümlük saziş bağlanıldığını açıqlayıb. 

İtaliya millisinin sabiq üzvü son dəfə 2016-cı ilin martın 21-də "Boka Xuniors"un heyətində meydana çıxmışdı. O, sonra futboldan yorulduğu üçün "Barrie Rijeo" adlı mahnı qrupuna qatılmışdı. O rok qrupuna qatılarkən azad insan olmaq istədiyini demişdi. 

Osvaldo "Atalanta", "Leççe", "Fiorentina", "Bolonya", "Espanyol", "Roma", "Sauthempton", "Yuventus", "İnter", "Boka Xuniors" və "Portu" kimi klublarda oynayıb.

Oxşar xəbərlər

"Qarabağ" pul versəydi, transferim baş tutacaqdı" - "Boka Xuniors"un futbolçusu
De Rossinin transferi təsdiqləndi
Argentinalı gedəcəyi vaxtı açıqladı
32 yaşında karyerasını bərpa edir - FOTO
Məşhur futbolçu musiqiyə görə futboldan getdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər