"Qəbələ" ilə böyük hesablı qələbə ilə başladı
"Qəbələ" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda I Divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27-ci dəqiqədə Fernan Lopes, 65-ci dəqiqədə Klesio Bauk, 86 və 88-ci dəqiqələrdə isə Rövlan Muradov fərqlənib.
Qeyd edək ki, bu, Azərbaycanda 2020-ci ilin ilk yoxlama matçı olub. “Qəbələ” yanvarın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
"Qəbələ" 3-cü sınağında
"Qəbələ"nin rəqibi dəyişdi
"Qəbələ"dən böyük hesablı qələbə
"Qəbələ" sabah başlayır - komanda Türkiyəyə yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası